İran XİN başçısı Almaniyanı Qəzza ilə bağlı qətiyyətli addımlara çağırıb

İran XİN başçısı Almaniyanı Qəzza ilə bağlı qətiyyətli addımlara çağırıb
# 15 aprel 2024 15:53 (UTC +04:00)

“Almaniyanın İsrailə göstərdiyi hərbi dəstək qəbuledilməzdir”.

APA-nın “Mehr” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, bunu Almaniyanlı həmkarı Annalena Berbok ilə telefon danışığı zamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib.

O vurğulayıb ki, ölkəsinin rəsmi Təl-Əvivin növbəti radikal addımlarına cavabı daha sərt və qətiyyətli olacaq. İranlı nazir rəsmi Berlini Qəzzada vəziyyətin daha da gərginləşməməsi üçün qətiyyətli addımlar atmağa çağırıb. Annalena Berbok isə istənilən gərgin vəziyyətdən çıxış yolunu yalnız danışıqlarda gördüyünü bəyan edib.

Bildirib ki, bu təkcə ölkəsinin deyil, ümumilikdə Avropanın mövqeyidir: “Son hadisələr göstərdi ki, vəziyyət daha da gərginləşə bilər. Avrozona ölkələri bunun baş verməməsi üçün səylərini daha da gücləndirməlidir. Biz hazırda yaranmış vəziyyəti sabitləşdirməyin yollarını axtarırıq” – A. Berbok belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR