Bank Of Baku

İspaniya parlamenti Baş nazirə etimadsızlıq məsələsini müzakirə edəcək

İspaniya parlamenti

© APA | İspaniya parlamenti

# 13 mart 2023 16:03 (UTC +04:00)

İspaniya Krallığı Deputatlar Konqresi (parlamentin aşağı palatası) 21-22 mart tarixlərində krallığın Baş naziri Pedro Sançesə etimadsızlıq məsələsini müzakirə edəcək və səsverməyə çıxaracaq.

APA xəbər verir ki, Deputatlar Konqresinin sədri Meriçel Batet bu barədə jurnalistlərə bildirib.

Batet qeyd edib ki, Nazirlər Kabinetinə etimadsızlıq məsələsini sağçı “Vox” partiyası irəli sürüb.

Həmçinin əlavə olunub ki, etimadsızlıq səsverməsi ilə bağlı müzakirələr 21 martda səhər saatlarında başlayacaq və martın 22-si yekun səsvermənin keçirilməsi ilə başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR