Bank Of Baku

İstanbul polisi 10 minə yaxın İŞİD-çinin məlumatlarının olduğu arxivi ələ keçirib

İstanbul polisi 10 minə yaxın İŞİD-çinin məlumatlarının olduğu arxivi ələ keçirib
# 09 avqust 2023 13:21 (UTC +04:00)

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbəsi İŞİD-ə aid arxivi əldə etmək üçün məxfi əməliyyat keçirib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “SABAH” qəzeti məlumat yayıb.

Nəticədə içində 9 952 terrorçunun şəxsi məlumatı olan "Yalquzaq" adlı arxiv ələ keçirilib.

Həmin arxivi əldə etmək üçün ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin, MI6-nın və “Mossad”ın da cəhdlər göstərdiyi vurğulanıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya, İran və İsrail kəşfiyyatına çalışan casuslar da saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR