İstanbulda anti-terror əməliyyatı keçirilib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat nəticəsində Əl-Qaidə və İŞİD terror təşkilatlarına üzv olmaqda şübhəli bilinən 17 xarici ölkə vətəndaşı saxlanılıb.