İstanbul Baş Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD terror təşkilatı üzvlərinə qarşı xüsusi əməliyyatlar həyata keçirir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, təşkilatın Türkiyədə planlaşdırdığı terror aktlarının reklam xarakterli videolarını hazırlayan şəxs saxlanılıb. Onun İstanbulda yaşadığı mənzildə rəqəmsal materiallar ələ keçirilib.
M.A. adlı şübhəli müfaviq hüquqi prosedurlardan sonra həbs edilib.