Bank Of Baku

İstanbulda İsrail Konsulluğu qarşısında atışmada 2 polis yaralanıb, silahlılardan biri öldürülüb - YENİLƏNİB-1

İstanbulda İsrail Konsulluğu qarşısında atışmada 2 polis yaralanıb, silahlılardan biri öldürülüb - YENİLƏNİB-1
# 07 aprel 2026 14:39 (UTC +04:00)

Üç silahlı İstanbulda Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi “X”də bildirib.

O, hücumu törədən 3 nəfərin zərərsizləşdirildiyini, atışma zamanı iki polisin yüngül yaralandığını açıqlayıb.

Nazir hücumu törədənlərin şəxsiyyətlərinin müəyyən edildiyini də qeyd edib: “İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib, 2 terrorçu isə qardaş olub, birinin narkotiklə əlaqəsi var”.

***

14:26

Atışma zamanı İsrailin İstanbuldakı Konsulluğunda heç kim olmayıb.

APA xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

İstanbul valisi Davud Gülün sözlərinə görə, iki polis əməkdaşı yüngül xəsarət alıb, silahlıların şəxsiyyətinin müəyyənləşdiriməsi istiqamətində iş aparılır.

O, ərazidə bir sıra infrastruktur obyektlərinin olmasına diqqət çəkib və təxribat versiyasını istisna etməyib.

Vali Konsulluğun təxminən 2 il yarımdan çoxdur fəaliyyət göstərmədiyini və binada diplomatik nümayəndəliyin hər hansı əməkdaşının olmadığını vurğulayıb.

Davud Gül hücumu təşkil edən üç nəfərin hadisə yerinə avtomobildə gəldiklərini, avtomatlar və tapançalarla silahlandıqlarını qeyd edib.

O əlavə edib ki, silahlılardan biri öldürülüb, ikisi isə yaralı ələ keçirilib.

***

14:00

İstanbulda İsrail Konsulluğunun qarşısında atışmada silahlılardan ikisi öldürülüb.

NTV-nin xəbərinə görə, daha bir silahlı isə yaralı halda ələ keçirilib.

Bundan başqa, atışmada iki polis əməkdaşı yaralanıb.

Ədliyyə naziri hadisə ilə bağlı prokurorluqda araşdırma başladıldığını bildirib.

***

13:45

İstanbulda İsrail Konsulluğunun qarşısında atışmada 3 nəfər zərərsizləşdirilib.

NTV-nin xəbərinə görə, bir nəfər ölüb, bir nəfər isə yaralıdır.

***

13:35

İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilir.

NTV-nin xəbərinə görə, bir polis əməkdaşı yaralanıb.

Leventdə yerləşən İsrail konsulluğunun yaxınlığında atəş səslərinin eşidildiyi qeyd olunur.

Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları göndərilib.

Bir nəfərin yaralı saxlanıldığı qeyd olunub.

Konsulluğun təxminən bir ildir bağlı olduğu deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR