Bank Of Baku

İstanbulun mərkəzində rusiyalı turist qətlə yetirilib - FOTO

İstanbulun mərkəzində rusiyalı turist qətlə yetirilib - FOTO
# 12 iyun 2023 17:46 (UTC +04:00)

Türkiyənin İstanbul şəhərində rusiyalı turist qətlə yetirilib.

APA Habertürk-ə istinadən xəbər verir ki, 40 yaşlı Rusiya vətəndaşı Vyaçeslav Neçiporçuk Taksim meydanı yaxınlığında mübahisə zamanı bıçaqlanaraq öldürülüb.

“Rusiyalı turist 4 nəfərlə mübahisə edib və bıçaqlanıb. Onu bıçaqlayan şəxslər hədə-qorxu ilə pul tələb ediblər”, - deyə məlumatda deyilir.

Vyaçeslav Neçiporçukun mobil telefonunu əlindən alan zaman müqavimət göstərdiyi və bu əsnada ürəyindən bıçaqlanaraq öldürüldüyü əlavə olunub.

İstanbul polisi cinayəti törətməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb. Daha 2 nəfərin axtarışı aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR