İsveç parlamentində təmsil olunan bütün partiyalar hökumətin müdafiə xərclərini artırmaq planını yekdilliklə dəstəkləyib.
APA-nın məlumatına görə, İsveç hökuməti ölkənin mülki və hərbi müdafiə sektorlarının inkişaf etdirilməsi üçün 31 milyard dollar ayıracaq.
Hökumət bildirib ki, ölkə çox təhlükəli vəziyyətdədir və hərbi xərclər 2032-ci ilə qədər ümumdaxili məhsulun 3.5 faizini təşkil edəcək.