Bank Of Baku

İtaliya Dövlət Şurasının rəhbəri vəfat edib

İtaliya Dövlət Şurasının rəhbəri vəfat edib
# 25 dekabr 2022 03:59 (UTC +04:00)

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini vəfat edib.

APA xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.

O, 65 yaşında dünyasını dəyişib.

Frattini 2002-ci ilin noyabrından 2004-cü ilin noyabrınadək xarici işlər naziri, 2008-ci ilin mayından 2011-ci ilin noyabrınadək isə Silvio Berluskoninin rəhbərliyi altında hökumətdə çalışıb.

Bundan əlavə, Frattini dövlət idarəçiliyi naziri və Avropa Komissiyası sədrinin müavini olub.

2022-ci ilin yanvarından Frattini İtaliya Dövlət Şurasının rəhbəri vəzifəsini icra edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR