Bank Of Baku

İtaliyada 35 yaşlı kişi təyyarənin mühərrikinə sorulub

İtaliyada 35 yaşlı kişi təyyarənin mühərrikinə sorulub
# 08 iyul 2025 16:50 (UTC +04:00)

İtaliyanın Milan-Berqamo beynəlxalq hava limanı bağlanıb, bütün reyslər təxirə salınıb.

APA “Corriere Della Sera” nəşrinə istinadən xəbər verir ki, buna uçuş-enmə zolağında baş verən bədbəxt hadisə səbəb olub.

Hava limanının ərazisinə hərəkət edən təyyarənin qarşısına çıxan naməlum şəxs hava gəmisinin mühərrikinə sorulub.

İddialara görə, 35 yaşlı kişi baqaj qəbulu sahəsindəki qapılardan birini sındırıb, sonra uçuş-enmə zolağına çıxıb və təyyarə qalxmağa hazırlaşarkən onun yoluna keçib, bu vaxt mühərrik onu sorub. Həmin şəxsin niyə belə etməsişəxsiyyəti məlum deyil.

Bu hadisədən sonra təyyarə idarəetməni itirsə də, pilot vaxtında təyyarəni saxlamağı bacarıb. Təyyarə uçuşa qalxa bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR