Bank Of Baku

İtaliyanın XİN rəhbəri: Seuta islamçı terrorçular üçün “qapıya” çevrilə bilərdi

İtaliyanın XİN rəhbəri: Seuta islamçı terrorçular üçün “qapıya” çevrilə bilərdi
# 10 avqust 2026 01:46 (UTC +04:00)

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani Seuta şəhərinə qeyri-qanuni miqrant axınından sonra İspaniya ilə Şengen sazişinin sərbəst hərəkət rejiminin dayandırılmasının terror təhlükəsinin qarşısının alınması ilə bağlı olduğunu bildirib.

Bu barədə "La Stampa" məlumat yayıb.

Tayani İspaniya hakimiyyətinin cavab olaraq daxili sərhədlərdə nəzarət tətbiq etməsini “qəbuledilməz və izaholunmaz” adlandırıb.

O bildirib ki, Seutada hələ də 8-11 min miqrant qalır və onların təxminən 1 mini Saxaradan cənubdakı ölkələrdən gəlib. Nazir həmin şəxslərin islamçı terror təhlükəsi yarada biləcəyini iddia edib.

Tayani qeyd edib ki, məhdudiyyətlər vəziyyət təhlükəsiz olduqdan sonra aradan qaldırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR