Serbiya Prezidenti Aleksandar Vuçiç Avropanın genişmiqyaslı müharibənin astanasında olduğunu bildirib.
Bu barədə o, "Axel Springer" media konserninin İdarə Heyətinin sədri Matthias Döpfnerin podkastında danışıb.
Vuçiç Ukraynadakı müharibənin 2026-cı ildə başa çatacağını düşünmədiyini deyib. Onun sözlərinə görə, müharibənin gələn yazdan əvvəl başa çatması ehtimalı da azdır.
Serbiya Prezidenti hazırkı vəziyyətdə kompromis həll üçün imkan görmədiyini vurğulayıb.