Bank Of Baku

Kallas NATO ölkələrinin müdafiə xərclərini 2 faiz artıra biləcəyini açıqlayıb

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas

© APA | Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas

# 05 iyun 2025 17:09 (UTC +04:00)

“NATO-ya üzv ölkələr müdafiə xərclərinin artırılmasında maraqlıdır. İspaniya, Lüksemburq, eləcə də bir sıra digər dövlətlər ilin sonunadək müdafiə xərclərində 2 faizlik artım göstəricisinə çatmaq istəyir”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas keçirdiyi brifinqdə deyib.

O eyni zamanda Ukraynaya dəstəyin 5 faiz həcmində artırılması ilə bağlı fikirləri şərh edib:

“Rəqəmlər və alyansın malik olduğu imkanlar bir-birindən fərqli anlayışlardır. Ukraynanın müdafiəsi və Şimali Atlantika Alyansının müdafiəsinin təşkili eyni anlayışlardır. O ki qaldı 5 faizlik artım göstəricisinə, bu barədə yekun qərarı NATO verəcək”.

K. Kallas Rusiyanın dinc əhalini hədəfə alması faktlarına toxunaraq, bununla Ukraynaya daha çox zərər vurulmasının hədəfləndiyini söyləyib:

“Dinc sakinlərə və mülki infrastruktura mütəmadi hücumların təşkili beynəlxalq humaitar hüquqa ziddir. Rusiya bunu hər zaman edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR