Bank Of Baku

Kaya Kallas: Tramp Ukraynaya yox, Rusiyaya təzyiq etməlidir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas

© APA | Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas

# 24 fevral 2026 16:06 (UTC +04:00)

Əgər ABŞ sülh istəyirsə, Rusiyaya təzyiq göstərməlidir.

APA xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Bloomberg TV-yə müsahibəsində bildirib.

Kallas deyib ki, ABŞ-ın Ukraynaya təzyiq strategiyası sülh danışıqları üçün uğursuz olub.

Aİ rəsmisi qeyd edib ki, elə buna görə də Prezident Donald Tramp Rusiyaya təzyiq etməlidir.

“Onların (ABŞ-ın) yanaşması Ukraynaya təzyiq göstərmək idi. Bu, bir il ərzində heç bir nəticə vermədi, bəlkə də ona görə diqqətimizi digər tərəfə yönəltməliyik”, - Kallas əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR