Avropa İttifaqı (Aİ) Bosniya və Herseqovinanın ittifaqa üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı razılığa gəlib.
APA xəbər verir ki, bu barədə AFP adı açıqlanmayan diplomatlara istinadən məlumat yayıb.
Bosniya və Hersoqovina ilə yanaşı, Kosovo da Aİ-yə üzvlüklə bağlı müraciət edib.
Xatırladaq ki, Serbiya Kosovonun müstəqilliyini tanımayan bütün Aİ ölkələrini bu regionun Aİ-yə üzvlük müraciətinə baxılmasını təxirə salmağa çağırıb.