Bank Of Baku

KİV: Kosovoda üç polşalı hərbçi saxlanılıb

KİV: Kosovoda üç polşalı hərbçi saxlanılıb
# 21 iyun 2023 17:30 (UTC +04:00)

Kosovonun şimalında yerləşən Kosovska Mitrovitsa şəhərində üç polşalı hərbçi saxlanılıb.

APA xəbər verir ki, bu barədə Polşanın RMF24 radiostansiyası məlumat yayıb.

Məlumatda deyilib ki, NATO-nun Kosovadakı Missiyasının (NATO KFOR) polşalı hərbçiləri bölmələrini özbaşına tərk edərək heç bir sənəd olmadan Kosovoda serblərin nəzarətində olan Kosovska Mitrovitsa şəhərinin şimal hissəsinə keçib və orada yerli sakinlərlə dava salıblar.

Saxlanılan polşalı hərbçilər hərbi hissəyə qaytarılıb və oradan Polşaya göndəriliblər.

Polşa Hərbi Prokurorluğunun onlara qarşı xidməti araşdırmaya başladığı bildirilir.

Qeyd edək ki, hazırda 300-ə qədər Polşa hərbçisi NATO qüvvələrinin (KFOR) tərkibində Kosovodadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR