İyulda Vilnüsdə keçiriləcək NATO sammitinin yekunlarına dair yekun sənəd layihə şəklində hazırlanıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə BNS agentliyi mənbəyə istinadən məlumat yayıb.
"Yekun sənədin ilk layihəsi hazırlanıb, mətn üzrə müzakirələrə başlanılıb", - mənbə qeyd edib.
Qeyd edək ki, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis jurnalistlərə bildirib ki, Vilnüs öz istəklərinin bir qismini Brüsselə göndərib. "Müdafiə naziri Arvidas Anuşauskasla məktubumuzda çəkindirmə və müdafiə ilə bağlı mülahizələri açıqlamışıq. Bəyannamə üçün müəyyən ifadələr təklif etmişik", - o deyib.
Xarici işlər naziri daha ətraflı şərh verməyib.
Xatırladaq ki, iyulun 11-12-də Vilnüsdə NATO sammiti keçiriləcək.