Ukrayna tərəfi iyulun ortalarına qədər Krım körpüsünü dağıtmağa cəhd edəcək.
APA xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
“Ukrayna rəsmiləri deyirlər ki, onlar körpünü iyulun ortalarına qədər məhv edəcəklər”, - nəşr qeyd edir.
Xatırladaq ki, bir müddət öncə Volodimir Zelenski bildirib ki, Ukrayna hakimiyyəti Krım körpüsünün dağıdılması da daxil olmaqla yeni əks-hücum planı hazırlayır.