Ukraynaya əlavə 5 "Patriot" hava hücumundan müdafiə (HHM) sistemi verilə bilər.
APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Nəşrin yazdığına əsasən, Ukraynaya gələn ilin sonuna qədər əlavə 5 "Patriot" HHM sistemi verilə bilər və bu məlumatı ABŞ-ın ən böyük müdafiə sənayesi şirkətlərindən olan “Raytheon Technologies” ("Patriot" HHM sisteminin istehsalçısı) şirkətinin Baş direktoru Qreq Hayes (Greg Hayes) təsdiqləyib.
Şirkət "Patriot" sistemlərinin istehsalını ildə 12 ədədə qədər artırmaq niyyətindədir və bu qərar Ukraynada özünü doğrultmuş “Patriot”a tələbatın artmasından xəbər verir.