Bank Of Baku

Kiyevdə yaşayış binasında partlayışda ölənlərin sayı 3-ə çatıb

Kiyevdə yaşayış binasında partlayışda ölənlərin sayı 3-ə çatıb
# 22 iyun 2023 15:13 (UTC +04:00)

Kiyevdə yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Qeyd edək ki, bu gün Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Kiyevdə 16 mərtəbəli yaşayış binasındakı mənzillərdən birində qaz sızması nəticəsində partlayış baş verdiyini bildirib və həmçinin əlavə olunub ki, nəticədə güclü yanğın başlayıb.

Partlayış nəticəsində 3 nəfərin öldüyü məlum olub, 5 nəfər yaralanıb (onlardan 3-ü xəstəxanaya yerləşdirilib), 20 mənzilin sakini ərazidən təxliyə edilib, yanğının qarşısı alınıb.

Hadisə nəticəsində 4 mənzil dağılıb, əlavə 16 mənzilə ziyan dəyib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR