Ukraynanın paytaxtı Kiyev şəhərində Yeni il və Milad bayramlarında komendant saatını ləğv etməmək qərarına gəlinib.
APA TASS-a istinadən xəbər verir ki, bunu Kiyev şəhər şurasının katibi Vladimir Bondarenko “Kiyev” telekanalının efirində bildirib.
Bondarenko əlavə edib ki, Yeni il ərəfəsində Ukrayna vaxtı ilə saat 23:00-dan 05:00-dək məhdudiyyətlər tətbiq olunacaq.