Bank Of Baku

Kiyevə raket hücumu nəticəsində 53 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Kiyevə raket hücumu nəticəsində 53 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB
# 13 dekabr 2023 11:55 (UTC +04:00)

Kiyevin ballistik raketlərlə atəşə tutulması səbəbindən həyəcan siqnalı ilə partlayışlar arasındakı interval qısa olub.

APA xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

Kliçko qeyd edib ki, raketlərin qalıqları düşən bəzi ərazilərdə kraterlər əmələ gəlib, şəhərin su təchizatında problemlər yaranıb.

Hazırda su təchizatının bərpası istiqamətində işlər aparılır.

Qeyd edək ki, bu gün gecə Ukrayna paytaxtı Rusiya ordusu tərəfindən raket atəşinə məruz qalıb, azı 53 nəfər yaralanıb ki, onların arasında uşaqların da olduğu bildirilib. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Hacı Cavadov

***

10:30

Kiyevə gecə raket hücumu nəticəsində 53 nəfər yaralanıb.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko deyib.

Onlardan ikisi uşaq olmaqla 20 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlər 33 yaralıya yerindəcə tibbi yardım göstəriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR