Bank Of Baku

Kobaxidze: Gürcüstanın Aİ-yə üzvlüyü şərəfi və müstəqilliyi bahasına başa gəlməməlidir

Kobaxidze: Gürcüstanın Aİ-yə üzvlüyü şərəfi və müstəqilliyi bahasına başa gəlməməlidir
# 14 mart 2023 14:03 (UTC +04:00)

Gürcüstanın Avropa İttifaqına üzvlüyü ölkənin şərəfi və müstəqilliyi bahasına başa gəlməməlidir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

“Bu yalnız şərəf və müstəqilliyin qorunması ilə mümkündür”, - deyə Kobaxidze əlavə edib.

Partiya sədri qeyd edib ki, “xaric agentlər haqqında” qanun qüvvəyə minməsə belə böyük nəticələr gətirib.

“Hər şeydən əvvəl hamı anladı ki, agent olmaq utancvericidir, kimin agenti olmağından asılı olmayaraq – Şimal, Qərb, Cənub ya da Şərq. Cəmiyyət indi xarici təsir agentlərini xalqın təsir agentlərindən daha yaxşı ayırd edə bilir”, -deyə Kobaxidze bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR