Bank Of Baku

Kosovo Aİ-yə üzvlük üçün ərizə imzalayıb

Vyosa Osmani

© APA | Vyosa Osmani

# 14 dekabr 2022 18:00 (UTC +04:00)

Kosovo Avropa İttifaqına üzvlük üçün ərizə imzalayıb

APA xəbər verir ki, bu barədə Kosovo Prezidenti Vyosa Osmani “Twitter”də yazıb.

Ərizəni Kosovo Prezidenti, hökumət başçısı və parlamentin spikeri imzalayıb.

Ərizəyə Aİ-dən hələlik heç bir reaksiya verilməyib. Aİ üzvlərindən İspaniya, Kipr, Yunanıstan, Slovakiya və Rumıniya Kosovonun müstəqilliyini tanımayıb.

Xatırladaq ki, Serbiya Aİ-nin bu beş ölkəsinə, həmçinin Macarıstana bu təşəbbüsün qarşısını almaq üçün müraciət edəcəyini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR