Bank Of Baku

Kosovo serbləri qurduqları barrikadaları sökməyə razılaşıb

Kosovo

© APA | Kosovo

# 29 dekabr 2022 11:55 (UTC +04:00)

Kosovonun şimalında artıq 19 gündür ki, yolları bağlayan kosovo serbləri barrikadaları sökməyə razılaşıblar.

APA xəbər verir ki, bu barədə “Reuters” bildirib.

Serbiya Prezidenti Aleksandar Vuçiç Raşka qəsəbəsində Kosovonun şimalından olan serblərlə görüşdən sonra 29 dekabr səhər saatlarından etibarən barrikadaların sökülməsinə başlanacağını bildirib.

"Bu, uzun prosesdir və bir az vaxt aparacaq", - Vuçiç bildirib.

Barrikadaların quraşdırılmasında iştirak edən serblərin heç biri məsuliyyətə cəlb edilməyəcək.

Barrikadaların sökülməsinin Belqrad və Priştina arasında gərginliyi aradan qaldıracağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR