Bank Of Baku

Kuleba: “Patriot” sistemlərinin Ukraynaya təhvil verilməsi üçün hazırlıqlara başlanılıb

Ukrayna  xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 04 yanvar 2023 14:56 (UTC +04:00)

“Patriot” zenit-raket komplekslərinin Ukraynaya təhvil verilməsi üçün hazırlıqlara başlanılıb.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba yerli media üçün keçirilən onlayn mətbuat konfransında deyib.

"Keçən ili biz Ukraynanı "Patriot" sistemləri ilə təmin etmək üçün Ukrayna və ABŞ liderləri Vladimir Zelenski və Cozef Bayden tərəfindən razılaşdırılan inqilabi qərarla yekunlaşdırdıq. Biz ABŞ-ın bu addımını çox yüksək qiymətləndiririk. "Patriot" sistemlərinin mümkün qədər tez yerləşdirilməsini səbirsizliklə gözləyirik. Bu sistemlərin təhvil verilməsi üçün hazırlıqlar artıq başlayıb", Kuleba vurğulayıb.

Ukrayna diplomatiyasının rəhbəri əlavə edib ki, bu gün prezident Zelenski və bütün diplomatik komanda Qərb silahlarının yeni növlərinin tədarükü ilə bağlı yeni həllər üzərində intensiv işləyir: "Bu, ilk növbədə, Qərb tipli tankların və digər zirehli texnikaların tədarükünə aiddir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR