Bank Of Baku

Kuleba: Ukrayna NATO-nun regionda təhlükəsizlik donoru kimi çıxış edən hərbi gücdür

Kuleba: Ukrayna NATO-nun regionda təhlükəsizlik donoru kimi çıxış edən hərbi gücdür
# 24 dekabr 2022 07:35 (UTC +04:00)

“Rusiyanın təcavüzünü dəf edən Ukrayna 2008-2022-ci illərdə Kremlin hədə-qorxusuna görə girişinə icazə verilmədiyi NATO-ya üzv olacaq”.

APA-nın məlumatına görə, bunu dekabrın 23-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba səfirlərin illik konfransında deyib.

Diplomat xatırladıb ki, Rusiya Federasiyasının hücum etməməsi üçün Ukrayna NATO-ya daxil olmalı idi.

“Lakin Moskva müttəfiqləri qorxutdu və biz müdafiə olunmadıq” – edyə Kuleba qeyd edib.

“Ukrayna artıq regionda hərbi balansı əsaslı şəkildə dəyişdirən və NATO üçün təhlükəsizlik donoru kimi çıxış edən güclü hərbi gücdür. Ukraynanın NATO-ya üzvlüyünün qeyri-mümkünlüyü barədə gurultulu danışanlara qulaq asmayın. Biz artıq bunun öhdəsindən gəlmişik”, - Kuleba vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR