Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Avropa Parlamentinin vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell fevralın 3-də keçiriləcək Ukrayna-Avropa İttifaqı sammitinə hazırlıq işlərini müzakirə ediblər.
APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Kuleba “Twitter” səhifəsində məlumat yayıb.
“Biz gözləntilərimizi açıqladıq və onun uğurunu təmin edəcək formata qərar verdik. Biz həmçinin hərbi yardım, sanksiyalar və İran-Rusiya əməkdaşlığını müzakirə etdik”, – diplomat yazıb.