Bank Of Baku

Le Pen onunla bağlı qərarın siyasi motivli olduğunu bildirib

Le Pen onunla bağlı qərarın siyasi motivli olduğunu bildirib
# 31 mart 2025 23:44 (UTC +04:00)

Fransanın “Milli Birlik” Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen məhkəmənin onun seçkilərdə iştirakına qadağa qoyması qərarını siyasi adlandırıb.

APA xəbər verir ki, o bu haqda TF1 telekanalında açıqlaması zamanı danışıb.

"Bu, siyasi qərardır", - deyən Le Penə görə qəbul edilən qərarla qanunun aliliyi prinsipləri tamamilə pozulub.

“Hökm, Avropa İnsan Hüquqları Konvensiyasının tələb etdiyi kimi, effektiv apellyasiya şikayətinə imkan vermir”, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR