Bank Of Baku

London yaxınlığında təyyarə qəzaya uğrayıb

London yaxınlığında təyyarə qəzaya uğrayıb
# 13 iyul 2025 21:56 (UTC +04:00)

London yaxınlığında Soutend hava limanından havaya qalxdıqdan dərhal sonra kiçik biznes təyyarəsi qəzaya uğrayıb.

APA "The Daily Mail" nəşrinə istinadən xəbər verir ki, qəzaya “Beechcraft King Air B200” markalı iki mühərrikli təyyarə uğrayıb.

Hava gəmisi Niderlanda uçmalıymış. Hazırda təyyarədə neçə nəfərin olduğu barədə dəqiq məlumat yoxdur.

Qeyd olunur ki, bu tip təyyarələr 1–2 pilot tərəfindən idarə olunur və 13 sərnişin daşımaq qabiliyyətinə malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR