Bank Of Baku

Londonda restoranda 200-ə yaxın insan dəm qazından zəhərlənib

Londonda restoranda 200-ə yaxın insan dəm qazından zəhərlənib
# 23 dekabr 2022 08:44 (UTC +04:00)

Londondakı türk restoranındakı ziyafət zamanı kütləvi şəkildə dəm qazından zəhərlənmə baş verib.

APA xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Restoranın əməkdaşı bildirib ki, insanların halı qəfil pisləşib.

“Əvvəlcə bu halı qida zəhərlənməsi ilə səhv saldıq. Təxminən eyni vaxtda 200-ə yaxın insan təcili yardım çağırmağa başladı. Onlar müxtəlif xəstəxanalara yerləşdirilib. İnsanlar ürəkbulanma, başgicəllənmədən şikayət ediblər”, - deyə restoran əməkdaşı bildirib.

Zərərçəkənlərdən bəziləri reanimasiya şöbəsinə yerləşdirilib.

Bildirilib ki, xəstəxanaya axın çox olduğundan oksigen çənlərinin sayında qıtlıq yaşanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR