Macarıstan parlamentində martın 31-də Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasına dair səsvermə planlaşdırılır.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın iqtidar partiyası "Fidesz" partiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Macarıstan və Türkiyə Finlandiyanın NATO üzvlüyünü ratifikasiya etməmiş ölkələrdir.