Bank Of Baku

Macarıstan Slovakiyanın hava məkanının mühafizəsinə qoşulub

Macarıstan Slovakiyanın hava məkanının mühafizəsinə qoşulub
# 12 iyun 2023 14:34 (UTC +04:00)

Macarıstan Slovakiyanın hava məkanının mühafizəsinə qoşulub.

APA xəbər verir ki, bu barədə “Tlačová agentúra Slovenskej republiky”(TASR) media agentliyi məlumat yayıb.

Macarıstan Hərbi Hava Qüvvələri (HHQ) Slovakiyanın hava məkanını 2022-ci ilin 1 sentyabr tarixindən etibarən qoruyan Çexiya ilə Polşanın qırıcı təyyarələrinə qoşulub.

Müvafiq sənəd Macarıstan, Slovakiya və Polşanın müdafiə nazirləri, eləcə də Çexiya müdafiə nazirinin rəis müavininin iştirakı ilə keçirilən görüşdə imzalanıb.

Qeyd edək ki, Macarıstan HHQ 14 ədəd İsveç istehsalı olan “JAS 39 Gripen C/D” səsdən sürətli qırıcıları istifadə edir.

Bu təyyarələr Slovakiyanın hava məkanında patrul xidməti həyata keçirəcək.

Xatırladaq ki, Slovakiya Ukraynadakı münaqişə ilə əlaqədar olaraq, Kiyevə “MiQ-29” qırıcıları göndərib və ABŞ onların əvəzinə 14 ədəd “F-16” təyyarəsi verməlidir.

Təyyarələrin çatdırılması istehsal üçün lazım olan elektron komponentlərin yoxluğu səbəbindən ləngiyir və buna görə də Slovakiyanın hava məkanının təhlükəsizliyini Çexiya və Polşa təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR