Bank Of Baku

Macarıstanda terror planlaşdırmaqda şübhəli bilinən norveçli həbs olunub

Anders Breyviq

© APA | Anders Breyviq

# 20 iyun 2023 14:56 (UTC +04:00)

Macarıstan polisi kütləvi qətli planlaşdırmaqda şübhəli bilinən norveçli şəxsi həbs edib.

APA "yle.fi"yə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Polisin məlumatına görə, radikal sağçı görüşə malik olan şəxs hava limanlarına və dəmiryol stansiyalarına hücumlar planlaşdırdığını bildirən videoları internetdə yerləşdirib.

Onun norveçli ekstremist və terrorçu Anders Breyvikdən ilhamlandığı qeyd olunub.
Terror aktı planlaşdırmaqda şübhəli bilinən 45 yaşlı kişi iyunun 14-də Macarıstan antiterror polisi tərəfindən həbs edilib.
Xatırladaq ki, radikal sağçı Anders Breyvik 2011-ci ildə Oslonun inzibati məhəlləsindəki bombalı hücumda və Utoya adasında İşçi Partiyasının gənclər təşkilatının yay düşərgəsinin iştirakçılarına atəş açaraq 77 nəfəri öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR