Bank Of Baku

Macarıstanda zəncirvari qəzada 36 nəfər yaralanıb

Macarıstanda zəncirvari qəzada 36 nəfər yaralanıb
# 12 mart 2023 03:26 (UTC +04:00)

Macarıstanda 5 yük və 37 minik avtomobilinin iştirakı ilə zəncirvari yol qəzası olub.

APA xəbər verir ki, Macarıstanın Baş Polis İdarəsinin məlumatına görə, hadisə ölkənin paytaxtı Budapeşt şəhəri yaxınlığındakı “M1” magistral yolunda baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 19 avtomobil yanıb. Zəncirvari qəzada 36 nəfər yaralanıb ki, onlardan da 13-nün vəziyyəti ağırdır.

Polis hesab edir ki, qəzaya səbəb güclü külək olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR