Bank Of Baku

Makron Argentina millisini təbrik edib

Makron Argentina millisini təbrik edib
# 19 dekabr 2022 03:33 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron Argentina milli komandasının Qətərdə keçirilən dünya çempionatının finalında qazandığı qələbə münasibətilə təbrik edib.

APA xəbər verir ki, dövlət başçısının jurnalistlərə bəyanatı Yelisey sarayında “Twitter” səhifəsində yayımlanıb.

“Bravo Argentina” deyən Makron üçüncü dəfə kuboku qazanan ölkəni “böyük futbol gücü” adlandırıb.

Eyni zamanda, prezident Fransa yığmasının məğlubiyyətinin dramatikləşdirilməməli olduğunu bildirib.

Fransa millisinin oyununu yüksək qiymətləndirən prezident 24 yaşlı hücumçu Kilian Mbappenin rolunu xüsusi qeyd edib.

"O, əla oyunçudur, çempionatın bombardiridir, onun gözəl gələcəyi var", - deyə Makron bidirib.

Prezidentin sözlərinə görə, milli komanda bazar ertəsi Qətərdən qayıdarkən Yelisey meydanında təntənəli şəkildə qarşılanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR