Makron: Biz Olimpiya atəşkəsi üçün çalışacağıq

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 15 aprel 2024 13:06 (UTC +04:00)

Rusiya ilə Ukrayna, İsrail və HAMAS arasında müharibənin davam etdiyi bir vaxtda Fransa Prezidenti Emmanuel Makron Olimpiya atəşkəsinin əldə oluna biləcəyinə hələ də ümid etdiyini deyib.

APA xəbər verir ki, bu barədə Fransa dövlət başçısı bu barədə BFMT TV və RMC-nin suallarını cavablandırarkən bildirib.

"Biz Olimpiya atəşkəsi üçün çalışacağıq", - deyə Prezident Makron qeyd edib.

O əlavə edib ki, Çin Xalq Respublikasının Sədrindən bu mövzuda kömək istəyəcək.

Xatırladaq ki, mayın əvvəllərində ÇXR sədri Si Cinpinin Parisə səfəri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR