Bank Of Baku

Makron Fransanın yeni baş nazirini yaxın günlərdə təyin edə bilər

Fransa prezidenti Emmanuel Makron

© APA | Fransa prezidenti Emmanuel Makron

# 08 sentyabr 2025 22:17 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə yeni baş nazirin təyinatını nəzərdən keçirəcək.

APA xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir.

“Prezident parlament səsverməsinin nəticələrini nəzərə alır. Sabah o, Baş nazir Fransua Bayru ilə görüşəcək və hökumətin istefasını qəbul edəcək. Yaxın günlərdə isə yeni Baş nazir təyin ediləcək”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, bu qərar parlamentin mövcud hökumətə etimadsızlıq göstərməsindən sonra gündəmə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR