Fransa Prezidenti Emmanuel Makron Gürcüstandakı hadisələrə qiymət vermək fikrində olmasa da, situasiyanın gərgin olduğunu düşünür.
APA xəbər verir ki, bu barədə Makron Britaniya Baş naziri Rişi Sunakla Parisdə birgə mətbuat konfransında deyib.
“Biz narahatlıq doğuran kadrları gördük. Bu bizi laqeyd qoya bilməz”, - Makron qeyd edib.
Onun sözlərinə görə, Gürcüstana ciddi təzyiq göstərilir.