Bu gün Ukraynanın Mariupol şəhərindən mülki əhalinin təxliyəsi yenə baş tutmayıb.
APA-nın xəbərinə görə, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, ikinci dəfə 200 min insanın Mariupoldan təxliyəsi cəhdi nəticə verməyib.
***
saat 15.20
Ukraynanın Mariupol şəhərindən dinc əhalinin təxliyəsi üçün artıq avtobuslar göndərilib.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin ofisinin rəhbəri Kirill Timoşenko “Teleqram”-da paylaşım edib.
***
saat 12.56
Ukraynan və Rusiya silahlı birləşmələri arasında döyüş meydanına çevrilən Mariupoldan dinc əhalinin təxliyəsinə növbəti dəfə cəhd olunacaq.
APA-nın “Ukrinform”-a istinadən verdiyi məlumata görə, Mariupol Şəhər Şurası bu gün yerli vaxtla saat 12.00-da Mariupoldan dinc əhalinin təxliyəsinin başlanacağını açıqlayıb.
Tərəflər bu gün saat 06.00-21.00 aralığında humanitar atəşkəs barədə razılığa gəliblər.
Qeyd edək ki, dünən humanitar atəşkəs elan olunsa da, Mariupoldan dinc əhalinin təxliyəsi baş tutmayıb. Bununla əlaqədar tərəflər qarşılıqlı olaraq bir-birini günahlandırıblar.