Bank Of Baku

Merts: Ukrayna tezliklə sənaye əməkdaşlığı hesabına uzaqmənzilli sistemlər əldə edəcək

Almaniya kansleri Fridrix Merts

© APA | Almaniya kansleri Fridrix Merts

# 17 iyul 2025 20:14 (UTC +04:00)

Ukrayna yaxın həftələrdə və aylarda uzaqmənzilli sistemlərlə təmin olunacaq.

APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında bəyan edib.

“Ukraynaya dəstək yaxın zamanda daha ciddi şəkildə artacaq və bu, xüsusilə də uzaqmənzilli sistemlərin hesabına baş verəcək”, – deyə Merts qeyd edib.

O, həmçinin ümid etdiyini bildirib ki, ABŞ administrasiyası və Konqres son həftələr müzakirə olunan qərarları tezliklə qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR