Bank Of Baku

Merz: ABŞ-ın Ukrayna planındakı maliyyə müddəaları qəbuledilməzdir

Almaniya kansleri Fridrix Merz

© APA | Almaniya kansleri Fridrix Merz

# 24 noyabr 2025 01:22 (UTC +04:00)

Almaniya kansleri Fridrix Merz ABŞ-ın Ukrayna üzrə hazırladığı sülh planında dondurulmuş Rusiya aktivlərinin bölüşdürülməsi ilə bağlı təklif olunan müddəaları “qəbuledilməz” adlandırıb.

APA xəbər verir ki O, bu barədə ARD-yə açıqlama verib.

Kansler qeyd edib ki, ABŞ Avropa İttifaqına məxsus vəsaitlə bağlı qərar verə bilməz:

“Əgər kredit ayrılacaqsa, bunu edəcək qurum Avropa İttifaqı olacaq və vəsait Ukraynaya silah alışı üçün təqdim ediləcək”.

Merz vurğulayıb ki, maliyyə mexanizmi ilə bağlı məsuliyyət tam şəkildə Aİ-yə məxsusdur və Vaşinqtonun bu prosesə müdaxiləsi yolverilməzdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR