Bank Of Baku

Moskvada Avrasiya İqtisadi Komissiyası sədrinin köməkçisi yoxa çıxıb

Moskvada Avrasiya İqtisadi Komissiyası sədrinin köməkçisi yoxa çıxıb
# 13 mart 2023 15:33 (UTC +04:00)

Moskvada Avrasiya İqtisadi Komissiyasının idarə heyəti sədrinin köməkçisi Dmitri Şedko yoxa çıxıb.

APA-nın Moskva müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, Dmitri Şedko üç gündür ki, tapılmır.

"Baza" telegram kanalı yazır ki, Dmitri Şedko Belarus vətəndaşıdır. Sonuncu dəfə Moskvada işləyib və Serpuxov Val küçəsində yaşayıb. O, Avrasiya İqtisadi Komissiyasının (Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Qazaxıstanın daxil olduğu Avrasiya İqtisadi İttifaqının orqanı-red) idarə heyətinin sədri Mixail Myasnikoviçin köməkçisi vəzifəsində çalışıb.

Həmkarlarının dediyinə görə, Dmitri çox punktual və etibarlı işçi olub və həmişə hərəkətləri və ya istirahət günləri barədə xəbərdarlıq edib.

Şedko sonuncu dəfə martın 9-da görülüb və elə ertəsi gün yoxa çıxıb. O, mühüm görüşə gəlməyib və onun telefonu söndürülüb. Polis Şedkonun axtarışlarını davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR