Afrika ölkələrinin liderləri Kiyevə səfər edib. Hesab edirəm ki, həll yolu tapmaq üçün müxtəlif səylər və cəhdlərin olması vacibdir.
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, lakin istənilən həll yolu ədalətli sülhə əsaslanmalıdır: “Əgər Ukrayna bu gün döyüşməyi dayandırsa, o zaman Ukrayna suveren və müstəqil ölkə kimi mövcudluğunu da dayandıracaq. Ancaq Rusiya savaşı dayandırsa, o zaman həqiqətən sülh olacaq. Bu müharibədə Rusiya təcavüzkar, Ukrayna isə qurbandır. Ona görə də istənilən həll yolunu təqdim edərkən bu nüans əsas götürülməlidir”.