NATO Baş katibi: Rusiyanın istehsal gücünün bizi üstələməsi anlaşılan deyil

NATO Baş katibi: Rusiyanın istehsal gücünün bizi üstələməsi anlaşılan deyil
# 24 iyun 2025 16:35 (UTC +04:00)

“İqtisadiyyatının həcmi NATO ölkələrindən 25 dəfə az olan Rusiyanın istehsal gücünün bizdən daha artıq olması və bizi üstələməsi anlaşılan deyil”.

APA xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte bugünkü mətbuat konfransında bildirib.

O eyni zamanda Rusiya ilə mümkün müharibənin qarşısını almaq üçün daha artıq səviyyədə maddi resursların cəlb edilməsini vacib sayıb:

“Biz istehsal sahəsindəki müharibədə qalib gəlməliyik” - deyə, Şimali Atlantika Alyansının rəhbəri fikirlərini tamamlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR