Türkiyənin NATO Kosovo Qüvvələrinə (KFOR) komandanlığı bu ilin payızında rotasiya çərçivəsində alacağı gözlənilir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Bloomberg” Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, oktyabrda NATO qüvvələrinin rəhbərliyi İtaliyadan alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya malik Türkiyəyə keçəcək.
Bu addım Kosovonun şimalında baş verən son münaqişədən əvvəl planlaşdırılıb.
Agentliyin məlumatına görə, hələlik Türkiyənin namizədliyi rəsmən təsdiqlənməyib.