Bank Of Baku

NATO rəsmisi: Rusiya ilə mümkün münaqişəyə hazırıq

NATO rəsmisi: Rusiya ilə mümkün münaqişəyə hazırıq
# 22 mart 2024 17:45 (UTC +04:00)

Şimali Atlantika Alyansı Rusiya ilə mümkün münaqişəyə hazırdır.

APA TASS-a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer bildirib.

Eyni zamanda, Bauer "Ukraynada NATO qoşunlarının olmadığını və onları burada yerləşdirmək planının olmadığını" iddia edib: “Ancaq ayrı-ayrı ölkələr öz qoşunlarını burada yerləşdirmək qərarına gəlsələr, bunun Alyansın qalan hissəsi ilə bağlı olacağını başa düşməlidirlər”.

Bauer onu da vurğulayıb ki, Ukraynanın NATO-ya üzv olmasının şərtlərindən biri onun ərazisində hərbi əməliyyatların olmamasıdır.

Bir gün əvvəl Kiyev Təhlükəsizlik Forumunda çıxış edən Bauer bildirib ki, alyans bütün çətinliklərə baxmayaraq, Ukraynada səfərbərliyi davam etdirməkdə israrlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR