Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun növbəti iclası keçiriləcək.
APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
NATO-nun Baş katibi Yens Stoltenberq martın 15-də virtual formatda nazirlər səviyyəsində keçiriləcək Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunda iştirak edəcək.
İclasa ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milley ev sahibliyi edir.