Bank Of Baku

Niderland və Danimarka yayda F-16-larda Ukrayna pilotlarının hazırlanmasına başlayacaq

Niderland və Danimarka yayda  F-16-larda Ukrayna pilotlarının hazırlanmasına başlayacaq
# 16 iyun 2023 16:51 (UTC +04:00)

Ukrayna hərbi qüvvələri müxtəlif istiqamətlərdə əks-hücuma başlayıb və davamlı irəliləyiş əldə etməkdədir.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri hücum zamanı çətin şərait və möhkəmləndirilmiş mövqelərlə üzləşir.

“Rusiyanın təcavüzkar müharibəsi davam etdiyi bir zamanda bizim Ukraynaya hərbi dəstəyimizi artırmağımız vacibdir. Buna görə də mən Ukraynaya hərbi yardımı və ukraynalı hərbçilər üçün təlimlər barədə elanları, həmçinin Niderland və Danimarkanın ukraynalı pilotlara F-16 qırıcılarında təlimlərin bu yay keçirilməsi barədə açıqlamalarını alqışlayıram. NATO müttəfiqləri alyansın Hərtərəfli Yardım Paketi çərçivəsində hərbi dəstəyi artıracaqlarına söz verdilər”, - Baş katib qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR