Niderlandın Baş naziri NATO-nun yeni Baş katibi olacaq

Mark Rutte

© APA | Mark Rutte

# 20 iyun 2024 16:30 (UTC +04:00)

Alyansın bütün 32 üzvü Niderlandın Baş naziri Mark Ruttenin hazırkı Baş katib Yens Stoltenberqin yerinə keçəcəyi ilə bağlı razılığa gəldikdən sonra Mark Rutte NATO-nun növbəti baş katibi olacaq.

APA "Politico"ya istinadən xəbər verir ki, Macarıstan və Slovakiyanın təsdiqindən sonra Rumıniya da Rutteyə dəstəyini təsdiqləyib.

Rumıniya Prezidenti Klaus İohannis NATO-nun Baş katibi postuna namizədliyini geri götürüb.

Milli Müdafiə Ali Şurasının iclası zamanı Prezident Klaus İohannis bildirib ki, o, NATO müttəfiqlərini öz namizədliyini geri götürməsi barədə xəbərdar edib.

O, oktyabrın 2-də səlahiyyətlərinin icrasına başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR